UN-Habitat WUF13-ü təcrübə mübadiləsi üçün əvəzolunmaz platforma hesab edir
Malayziyanın mənzil tikintisi və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kimi genişmiqyaslı platforma yaratdığına görə Azərbaycana təşəkkür edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Nqa Kor Minq Bakıda WUF13-ün açılışına həsr olunmuş mətbuat konfransında bildirib.
"Mən əminəm ki, WUF kimi platformalar əvəzolunmaz olaraq qalır, çünki onlar hökumətlərə və maraqlı tərəflərə bir-birindən öyrənməyə və müxtəlif milli və yerli kontekstlərə uyğunlaşdırıla bilən praktiki həllər tapmağa imkan verir", - o bəyan edib.
Nqa Kor Minq həmçinin bu səviyyədə genişmiqyaslı forumun təşkil edilməsinə görə Azərbaycana minnətdarlığını ifadə edib.
"Bu baxımdan UN-Habitat adından Azərbaycana belə genişmiqyaslı platformanın yaradılmasına görə minnətdarlığımı ifadə etmək istərdim", - nazir vurğulayıb.
Oxşar xəbərlər
Bəxtiyor Səidov Azərbaycanın Özbəkistandakı səfirinin etimadnaməsinin surətini qəbul edib
Özbəkistanın xarici işlər naziri Bəxtiyor Səidov Azərbaycanın Daşkənddə yeni təyin olunmuş səfiri Rəşad Məmmədovun etimadnaməsinin surətini qəbul edib. BAKU.WS...