Ülvi Mehdiyevin Baku TV-yə müsahibəsi yayımlanacaq: Nələr müzakirə ediləcək?
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev "Teleqraf" İnformasiya Agentliyi və Baku TV-yə müsahibə verib.
BAKU.WS xəbər verir ki, müsahibə bu gün saat 20:45-də yayımlanacaq.
Verilişdə ölkə üzrə fəaliyyət göstərən "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin mövcud şəbəkəsinin vətəndaşların tələbatını qarşılaması, eləcə də səyyar xidmətlərin əhatə dairəsi ətrafında fikir mübadiləsi aparılıb. Agentlik sədri, həmçinin işğaldan azad edilmiş Ağdam, Cəbrayıl və Laçın şəhərlərində yeni regional mərkəzlərin yaradılması planlarını açıqlayıb.
Verilişin anonsunu təqdim edirik:
Oxşar xəbərlər
Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir
Azərbaycan və Pakistan ticari-iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi üçün əhəmiyyətli potensiala malikdir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, b...