Ülvi Mehdiyevdən regionlarla bağlı vacib açıqlama: Hansı ərazilərdə "ASAN xidmət" açılacaq?

Ülvi Mehdiyevdən regionlarla bağlı vacib açıqlama: Hansı ərazilərdə ASAN xidmət açılacaq?
Video
Siyasət 13

"Gələcəkdə işğaldan azad edilmiş daha üç şəhərdə - Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulur".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Baku TV və "Teleqraf" agentliyinə müsahibəsində deyib.

Agentlik sədrinin sözlərinə görə, bu mərkəzlər regional mərkəz statusunda fəaliyyət göstərərək ətraf rayonlara da xidmət edəcək.

O qeyd edib ki, hazırda Şuşada fəaliyyət göstərən "ASAN xidmət" mərkəzi həm yerli sakinlərə, həm də azad olunmuş digər ərazilərdəki vətəndaşlara xidmət göstərir. Ülvi Mehdiyev əlavə edib ki, gələcəkdə köçürülən əhalinin sayına uyğun olaraq, adıçəkilən üç şəhərdə regional mərkəzlərin açılması planlaşdırılır.

Son xəbərlər