Ukraynaya qarşı növbəti hərbi əməliyyatların başlandığı təqdirdə... - ABŞ
Ukraynaya qarşı növbəti hərbi əməliyyatların başlandığı təqdirdə Amerika Birləşmiş Ştatları müttəfiqləri və tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı mühüm tədbirlər həyata keçirməyə hazır olduğunu vurğuladı.
BAKU.WS xəbər verir ki, bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi paylaşım edib.
Biz gərginliyin diplomatiya yolu ilə azaldılmasına üstünlük veririk. Rusiyanın Ukraynaya qarşı hərəkətləri beynəlxalq hüququn əsas prinsiplərini pozur. ABŞ-ın mövqeyi aydındır - həqiqi tərəqqi yalnız gərginliyin azaldılması şəraitində baş verə bilər, kəskinləşməsi zamanı yox", - deyə paylaşımda bildirilir.
Oxşar xəbərlər
Aviqdor Liberman: “Beynəlxalq hüquq və İsrailin maraqları baxımından həqiqət Azərbaycanın tərəfindədir”
Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında ardıcıl üç gündür ki, şiddətli döyüşlər davam edir. Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfin hərbçiləri...