Ukraynaya girişinə qadağa qoyulan Azərbaycan vətəndaşlarının statistikası açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il Ukraynaya girişinə qadağa qoyulan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.
BAKU.WS-in məlumatına görə, Ukrayna Dövlət Miqrasiya Xidmətindən “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, həmin statistika 2021-ci ilin ilk 7 ayı ərzində bu barədə çıxarılan qərarları əhatə edir.
Belə ki, bu müddət ərzində 83 nəfər Azərbaycan vətəndaşının Ukrayna ərazisinə girişinə qadağa qoyulması barədə qərar qəbul olunub. Qadağalar müvafiq olaraq müxtəlif müddətə hesablanıb.
Eyni müddət ərzində 24 nəfərin ölkədən məcburi çıxarılması barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Şarl Mişel birgə mətbuat konfransı keçirib - VİDEO - YENİLƏNİB
İyulun 18-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbu...