Ukraynadakı müharibə səbəbindən Varşavada Yeni il şənlikləri ləğv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Polşanın paytaxtı Varşava şəhərində Ukraynadakı müharibə səbəbindən Yeni il şənlikləri ləğv edilib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, həmçinin Varşava hakimiyyəti şəhər əhalisini Yeni il ərəfəsində fişəng və atəşfəşanlıqdan istifadə etməməyə çağırıb.
Varşava meriyasının mətbuat katibi Monika Beut qeyd edib ki, bayram tədbirlərinin ləğvi artıq “ənənə”yə çevrilib. Əvvəllər bunun qarşısı pandemiya ilə alınıb.
"Bu il biz yeni il üçün varşavalılara heç nə təklif etmirik. Təəssüf ki, bu, artıq belə bir ənənədir, çünki pandemiya zamanı da Yeni il bayramı baş tutmayıb. Biz enerji böhranı yaşayırıq. İndi biz belə xərcləri ödəyə bilmirik və ona görə də vətəndaşlar Yeni il gecəsini özləri keçirməyə məcburdurlar”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Polşaya raketlərin düşməsi fonunda Baş nazir Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb - YENİLƏNİB
Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb. Bu, Polşada iki ra...