Ukraynada ilk dəfə İran istehsalı olan PUA vurulub - FOTO

Ukraynada ilk dəfə İran istehsalı olan PUA vurulub - FOTO
Foto
Siyasət 183

Ukrayna Silahlı Qüvvələri tərəfindən ilk dəfə olaraq İranın zərbə dronu məhv edilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Rusiyanın İrandan aldığı pilotsuz uçan aparat (PUA) Xarkov vilayətinin bu yaxınlarda azad edilmiş Kupyansk şəhəri ətrafında vurulub.

“Bu, uzaqmənzilli “Shahed-136” kamikadze PUA-sıdır”, - Ukrayna tərəfinin məlumatında bildirilir.

Xatırladaq ki, daha əvvəl mətbuatda yayılan məlumatda qeyd olunurdu ki, Rusiya Federasiyası İrandan 1 000 ədəd pilotsuz uçuş aparatlarının alınmasına dair müqaviləyə imza atıb.

Son xəbərlər