Ukraynada bomba sığınacağında çarəsiz qalan azərbaycanlı uşaqlar - VİDEO

Ukraynada bomba sığınacağında çarəsiz qalan azərbaycanlı uşaqlar - VİDEO
Video
Siyasət 353

Ukraynada Çerniqov vilayətində azərbaycanlı ailə çarəsiz vəziyyətdə qalıb.

Bu barədə ailə üzvləri BAKU.WS-in “qaynar xətt”inə müraciət ediblər. Ukraynada yaşayan Gülşən adlı azərbaycanlı tələbə bildirib ki, hazırda ailəsilə birgə sığınacaqda gizləniblər.

“Su və qida ehtiyatı tükənib. Bu vəziyyətin nə qədər davam edəcəyini də bilmirik”, - deyə tələbə bildirib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlər Komitəsi Azərbaycan hökumətinin tapşırığı ilə digər dövlət qurumları ilə koordinasiyalı şəkildə işləyərək Ukraynada yaşayan soydaşlarımızın təxliyyəsi üçün bütün imkanlarını səfərbər edib.

Soydaşlarımız Ukraynada aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilər:Ukrayna Azərbaycanlıları Radası +380 97 070 0085

Email: raukyiv@gmail.com

Son xəbərlər