Ukraynada azərbaycanlı iş adamı itkin düşüb
27
fev
2021
12:28
Ukraynanın Luqansk vilayətinin separatçıların nəzarətində olan Krasnıy Luç rayonunda yaşayan azərbaycanlı iş adamı, 1971-ci il təvəllüdlü Kərimov Kərəm Eyvaz oğlu itkin düşüb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, K.Kərimov Kiyevə getmək istəyərkən Ukraynanın nəzarətində olan ərazidə yoxa çıxıb.
Belə ki, Luqanskın Ukrayna nəzarətində olan hissəsinə keçdikdən sonra azərbaycanlı iş adamı ilə yaxınlarının əlaqəsi kəsilib. Artıq bir həftədir ondan xəbər yoxdur.
K.Kərimov Krasnıy Luç ətrafında kənd təsərrüfatı biznesi ilə məşğul olub.
Oxşar xəbərlər
Donbasdakı son durum açıqlandı
Ötən gün ərzində - 27 noyabrda Rusiyanın silahlı birləşmələri atəşkəs razılaşmalarını altı dəfə pozub. Ukrayna hərbçilərinin şəxsi heyəti arasında itki və ya ya...