Ukrayna Xorvatiya prezidentinin üzr istəməsini tələb edir

Ukrayna Xorvatiya prezidentinin üzr istəməsini tələb edir
Siyasət 493

Ukrayna Xorvatiya Prezidenti Zoran Milanoviçdən Ukraynanın NATO-ya üzvlüyü və Rusiya ilə sərhəddə yaranmış gərgin vəziyyətdə Ukraynaya yardımın məqsədəuyğun olmaması ilə bağlı bəyanatın açıq şəkildə təkzib edilməsini tələb edir.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yer alıb.

“Xorvatiyanın Ukraynadakı səfiri Anitsa Jamiç Xarici İşlər Nazirliyinə dəvət edilib və Xorvatiya Prezidenti Zoran Milanoviçin Ukrayna dövlətinə ünvanladığı bugünkü bəyanatlarının qətiyyən qəbuledilməzliyi ilə bağlı mövqe onun diqqətinə çatdırılıb. Ukrayna Xorvatiya Prezidentindən bu bəyanatların açıq şəkildə təkzib edilməsini, eləcə də gələcəkdə təkrarlanmamasını tələb edir”, - bəyanatda deyilir.

Oxşar xəbərlər

Daha bir ölkə səfirlik işçilərinin ailələrini Kiyevdən çıxarmağa hazırlaşır

Daha bir ölkə səfirlik işçilərinin ailələrini Kiyevdən çıxarmağa hazırlaşır

Almaniya Xarici İşlər Nazirliyi vəziyyətin gərginləşəcəyi təqdirdə Ukraynadakı səfirlik işçilərinin ailələrini təxliyə etmək planı hazırlayır. BAKU.WS “Report”a...

424 Siyasət 21:34 22 yanvar 2022

Son xəbərlər