Ukrayna və Azərbaycan arasında qarşılıqlı sərmayələrin həcmi AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-mart aylarında Azərbaycan Ukraynaya 170,5 milyon ABŞ dolları məbləğində birbaşa investisiya qoyub.
BAKU.WS xəbər verir ki, bu barədə “report”un Şərqi Avropa bürosuna “Terezi” Ukrayna-Azərbaycan Biznes Assosiasiyasından məlumat verilib.
Ukrayna İqtisadiyyat nazirinin müavini İrina Novikovanın Assosiasiya rəhbəri Cəlal Hüseynovun məktubuna rəsmi cavabında bildirilir ki, bu göstərici 2020-ci ilin sonu ilə müqayisədə 0,5% çox, 2019-cu ilin sonu ilə müqayisədə isə 12,2% azdır.
Ümumiyyətlə, Azərbaycan son bir neçə il ərzində Ukraynaya təxminən 2 milyard ABŞ dolları məbləğində sərmayə qoyub.
Azərbaycanda 215 şirkətinin fəaliyyət göstərdiyi Ukrayna isə ölkəmizə cəmi 25 milyon ABŞ dolları sərmayə yatırıb.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan və Ukrayna arasında xarici ticarət dövriyyəsi 466,943 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 10% azdır.
Bunun 210,379 milyon ABŞ dolları ixracın, 256,563 milyon ABŞ dolları isə idxalın payına düşüb. Hesabat dövründə ixrac 22,9% azalıb, idxal isə 4,3% artıb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...