Ukrayna səfirliyi: "Bizə dəstək göstərən dost Azərbaycana təşəkkürümüzü bildiririk"
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın ölkəmizdəki səfirliyi Ümumdünya Humanitar Yardım Günü münasibətilə paylaşım edərək Azərbaycana təşəkkür edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, paylaşım Ukraynanın ölkəmizdəki səfirliyinin "Facebook" səhifəsində dərc edilib.
"Biz ən çətin vaxtlarda bəşəriyyəti müdafiə edən və dəstəkləyənlərin xatirəsini ehtiramla anırıq. Ukrayna üçün bu gün xüsusi əhəmiyyət kəsb edir", - deyə paylaşımda qeyd olunur.
Səfirlikdən bildiriblər ki, Ukrayna ilə həmrəylik nümayiş etdirən beynəlxalq və ictimai təşkilatların, donor ölkələrin, biznes strukturların və sadə insanların humanitar dəstəyi çətinlikləri aradan qaldırmağa imkan verir.
"Müharibənin ilk günlərindən Ukraynaya dəstək göstərən dost Azərbaycana, onun rəhbərliyinə və bütün xalqınıza xüsusi təşəkkürümüzü bildiririk. Xüsusilə enerji sahəsində göstərilən humanitar yardıma, eləcə də müharibədən zərər çəkmiş uşaqların reabilitasiya proqramlarına görə sizə səmimi qəlbdən təşəkkürümüzü bildiririk", - deyə paylaşımda vurğulanır.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...