Ukrayna səfiri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı ukraynalı diplomat feysbuk hesabında paylaşım edib.
"19 il əvvəl Azərbaycan xalqının ümummilli lideri - Azərbaycan Respublikasının dirçəlişində və möhkəmlənməsində, eləcə də Ukrayna ilə dostluq əlaqələrinin möhkəmlənməsində və genişlənməsində xidmətləri olan görkəmli dövlət xadimi Heydər Əliyev dünyasını dəyişmişdir! Əsası Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi ideyalar və islahatlar Azərbaycana XXI əsrə güclü və müstəqil, çətin sınaqların və çağırışların öhdəsindən gəlməyə qadir dövlət kimi daxil olmağa, inamla irəliyə doğru addımlamağa imkan vermişdir!" - ukraynalı diplomat paylaşımında qeyd edib.
Qalereya
Oxşar xəbərlər
Ukrayna səfiri göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. BAKU.WS xəbər verir ki, diplomat bu barədə öz feysbuk hes...
