Ukrayna səfiri rusiyalı əsgərlərin hərəkətini erməni vandalizmi ilə eyniləşdirdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın dünya şöhrətli şairi Taras Şevçenkonun heykəli Rusiya hərbçiləri tərəfindən güllələnib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial media hesabından paylaşım edib.
Diplomat eyni zamanda məşhur azərbaycanlı vokalist Bülbülün Şuşada ermənilər tərəfindən güllələnən heykəlinin də görüntüsünü payalşıb və bu iki oxşar hadisəni biri-biri ilə əlaqələndirib.
“Yeni azad edilmiş Kiyev vilayətində (Borodyanka ş.) Taras Şevçenkonun işğalçılar tərəfindən güllələnmiş büstü və Qarabağın (Şuşa ş.) azad edilməsindən əvvəl Bülbülün büstü”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...