Ukrayna səfiri: Azərbaycanlı tərəfdaşlarımıza göstərdikləri davamlı dəstəyə görə minnətdarıq
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev ukraynalı uşaqların terapiyadan keçdiyi Qəbələ Uşaq Reabilitasiya Mərkəzini ziyarət edib.
Bu barədə diplomat sosial şəbəkədə yazıb.
"Müdafiəçilərimizin ailələrindən olan 30 uşağın terapiyadan keçdiyi Qəbələ [Uşaq] Reabilitasiya Mərkəzinə baş çəkməkdən şərəf duyuruq. Azərbaycanlı tərəfdaşlarımıza göstərdikləri davamlı dəstəyə görə minnətdarıq. Növbəti qrupu səbirsizliklə gözləyirik!", - o qeyd edib.
Xatırladaq ki, oktyabrın 1-də daha 30 ukraynalı uşağın reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirildiyi barədə məlumat yayılmışdı. Qeyd edək ki, bundan əvvəlki 5 qrupla birlikdə ümumilikdə 180-dən çox ukraynalı uşaq Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmişdi.
Honored to visit a rehabilitation center in Gabala, where 30 children from the families of our defenders are recovering. 🇺🇦🤝🇦🇿 Grateful to our Azerbaijani partners for their continued support. Looking forward to welcoming the next group! pic.twitter.com/4z1KrKdeHF
— Yuriy Husyev (@Husyev) October 6, 2024
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...