Ukrayna Rusiya ilə müharibədə qalib gəlməyə qadirdir - Baş katib
Ukrayna Rusiya ilə müharibədə qalib gəlməyə qadirdir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Berlində Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü zamanı deyib.
Stoltenberq koronovirusa yoluxduğundan bu görüşdə məsafədən iştirak etdi.
NATO-nun baş katibi bildirib ki, Rusiyanın Kiyevi tuta bilməməsi, Xarkovdan geri çəkilməsi və Donbassdakı böyük hücumunun qrşısının alınması Ukraynanın bu müharibədə qalib olacağına işarədir.
“Ukrayna bu müharibədə qalib gələ bilər. Ukraynalılar öz vətənlərini cəsarətlə müdafiə edirlər”, - deyə NATO-nun Baş katibi bildirib.
Xatırladaq ki, mayın 10-da Almaniyanın xarici işlər naziri Annalena Berbok bəyan edib ki, ölkəsi və Niderland Ukraynaya 12 mobil haubitsa verəcək və onlara bu tip silahlarla işləmək üçün təlim keçəcək.
Həmçinin ABŞ-ın göndərdiyi 90 haubitsadan (artilleriya) 89-u artıq Ukraynadadır, onların bir çoxu artıq müharibədə istifadə edilir.
Oxşar xəbərlər
Almaniya XİN: “İsveç və Finlandiya artıq NATO-nun faktiki üzvləridir”
Almaniyanın Avropa İttifaqındakı (Aİ) müttəfiqləri kimi İsveç və Finlandiya əslində alyansın formal üzvü olmadan artıq NATO-nun bir hissəsidir. BAKU.WS “Report”...