Ukrayna Prezident Ofisi: "Rusiya referendum keçirmək istədiyi ərazilərdə nəzarəti saxlaya bilməyəcək"

Ukrayna Prezident Ofisi: Rusiya referendum keçirmək istədiyi ərazilərdə nəzarəti saxlaya bilməyəcək
Siyasət 69

"Rusiya Silahlı Qüvvələri referendum keçirmək istədiyi ərazilərdə nəzarəti saxlaya bilməyəcək".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müavini İqor Jovkva deyib.

Onun sözlərinə görə, qarşı tərəf daim saxta səsvermə tarixini dəyişir: "Amma mən bu barədə danışmaq istəmirəm. Çünki biz belə bir referendumun keçirilməyəcəyinə əminik. Bu ərazilər Rusiyanın nəzarətində olmayacaq”.

İqor Jovkva vurğulayıb ki, Kreml özü də səsvermənin keçiriləcəyinə əmin deyil. O hesab edir ki, Rusiya məhz buna görə də tez-tez referendumun keçiriləcəyi tarixi dəyişir.

Qeyd edək ki, daha əvvəl Rusiyanın sentyabrın sonunadək referendum keçirəcəyi barədə məlumat yayılmışdı.

Son xəbərlər