Ukrayna "Harpoon"la Rusiyanın daha bir gəmisini vurdu - ANBAAN VİDEO
17
iyn
2022
11:58
Ukrayna ordusu bu gecə "İlan adası" yaxınlığında Rusiyanın "Vasili Bex" yedək gəmisini vurub.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Vurulan rus gəmisi "İlan adası"na döyüş sursatı, silah və şəxsi heyət daşıyıb.
Gəmidə "Tor" hava hücumundan müdafiə sistemi olsa da, Ukrayna raketlərini vura bilməyib.
Odessa vilayəti hərbi komandanlığının başçısı Maksim Marçenko Rusiya gəmisinin Britaniya istehsalı olan “Harpoon” gəmi əleyhinə raketi ilə vurulduğunu açıqlayıb.
Oxşar xəbərlər
Rusiya Odessaya raket zərbəsi endirdi, ölən və yaralananlar var
Rusiya ordusu Ukraynanın Odessa şəhərinin infrastruktur obyektlərinə raket hücumu həyata keçirib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Odessa R...