Uçuş zamanı təyyarənin mühərrikini alov aldı, sərnişin videoya çəkdi - ANBAAN GÖRÜNTÜLƏR

Uçuş zamanı təyyarənin mühərrikini alov aldı, sərnişin videoya çəkdi -  ANBAAN GÖRÜNTÜLƏR
Siyasət 151

Meksikanın Xalisko əyalətinin Puerta Vallarta şəhərindən havaya qalxan "Viva Aerobus" hava yollarına məxsus "Airbus A 320" tipli sərnişin təyyarəsinin mühərriki havada olarkən yanıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Qvadalaxaraya uçan təyyarə "Puerta Vallarta" Beynəlxalq Hava Limanına qayıdaraq təcili eniş edib.

"Viva Aerobus" şirkəti yaydığı açıqlamada hadisəyə səbəb kimi təyyarənin mühərriklərindən birində yaranan nasazlığı göstərib və sərnişinlərdən üzr istəyib.

Baş verən anlar, mühərrikin alışması isə bir sərnişinin lentə aldığı kadrlara anbaan əks olunub.

Həmin görüntüləri təqdim edirik:

Son xəbərlər