Türkiyəyə sığınan Camala Ərdoğana təşəkkür etdi - FOTO/VİDEO

Türkiyəyə sığınan Camala Ərdoğana təşəkkür etdi - FOTO/VİDEO
Foto Video
Siyasət 445

2016-cı ildə qatıldığı “Avroviziya” müsabiqəsində Ukraynaya birincilik gətirən Camala Türkiyəyə gedib.

BAKU.WS xəbər verir ki, ifaçının gəlişi münasibətilə mətbuat konfransı təşkil edilib.

Türkiyəyə sığınan Camala Ukrayna xalqına göstərdiyi dəstəyə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və bütün türk xalqına minnətdarlığını bildirib:

"Günlərdir ki, Ukraynada günahsız vətəndaşlar bombalanır. Kiyevdə qocalar, qadınlar və uşaqlar sağ qalmağa çalışırlar. Bizə göstərdikləri dəstəyə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına təşəkkür etmək istəyirəm. 100 il əvvəl olduğu kimi Türkiyə bizə bütün qapılarını sona qədər açdı".

Xatırladaq ki, sənətçi Rusiyanın Ukrayna hücumunun ilk günü, fevralın 24-də iki azyaşlı övladı ilə ölkəsini tərk etmək məcburiyyətində qalıb. Ruminyaya sığınan Camala oradan da Türkiyəyə pənah gətirib.

Son xəbərlər