Türkiyənin XİN başçısı Azərbaycan səfirliklərinə hücumları qınayıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Vyana razılığına əsasən diplomatik missiyaların qorunması ev sahibinə aiddir”.
BAKU.WS xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında report-un sualını cavablandırarkən deyib.
O bildirib ki, ölkələr səfirliyə hücumunun qarşısını almalıdır: “Diplomatik missiyalara hücumlar qəbuledilməzdir. Diasporun bir qismi Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını istəmir. Əlbəttə, onlar Ermənistanın Cənubi Qafqazda təcrid vəziyyətində qalacağı barədə düşünmürlər”.
Oxşar xəbərlər
Çavuşoğlu Makrona cavab verib: “Fransa obyektiv ola bilmir”
“Təəssüf ki, Fransa obyektiv ola bilmir”. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkil...