Türkiyənin XİN başçısı: “Azərbaycan Qoşulmama Hərəkatına sədr vəzifəsinin öhdəsindən uğurla gəldi”

Türkiyənin XİN başçısı: “Azərbaycan Qoşulmama Hərəkatına sədr vəzifəsinin öhdəsindən uğurla gəldi”
Siyasət 32

“Azərbaycan Qoşulmama Hərəkatına sədr vəzifəsinin öhdəsindən uğurla gəldi”.

BAKU.WS xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı deyib.

"Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çox çətin bir zamanda, müharibələr və münaqişələr dövründə qəbul edib. Bu, çox çətin bir iş idi”, - o deyib.

H.Fidan Qoşulmama Hərəkatının fəaliyyətinin irqçilik, neomüstəmləçilik və bir çox başqa problemlərə qarşı mübarizəyə töhfə verdiyini vurğulayıb.

Son xəbərlər