Türkiyənin Səhiyyə naziri: "Azərbaycana hər bir tibbi yardımı etməyə hazırıq"

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Səhiyyə naziri Oqtay Şirəliyevə telefon zəngi edib.
BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Fəxrəddin Qoca Ermənistanın Azərbaycan torpaqlarına hücumunu və dinc əhalini atəşə tutmasını qınamış, işğalçı Ermənistanın Azərbaycana terrorçu, xain təcavüzü nəticəsində həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Türkiyəli nazir Azərbaycana hər növ tibbi yardım göstərməyə hazır olduqlarını qeyd edib.
Səhiyyə naziri Oqtay Şirəliyev də öz növbəsində türkiyəli həmkarına minnətdarlığını bildirərək qardaş Türkiyəyə daimi dəstəyinə görə təşəkkür edib.
Əməkdaşlıq əlaqələri nazirliklərin aidiyyətli qurumları səviyyəsində davam etdirilməkdədir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...
