Türkiyənin müdafiə naziri Azərbaycana gəlib - FOTO (YENİLƏNİB)
Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlib.
BAKU.WS-in məlumatına görə, türkiyəli qonaqları Bakıda Müdafiə naziri Zakir Həsənov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.
20:40
Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi heyəti ilə Azərbaycana səfər edib.
BAKU.WS-in xəbərinə görə, bu barədə Hulusi Akar "Twitter" səhifəsində yazıb.
Nazir bildirib ki, sabah Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə Quru Qoşunları və Hərbi-Hava Qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.
Qalereya
Oxşar xəbərlər
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir
Avqustun 12-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yü...