Türkiyənin Malatya bölgəsindəki zəlzələdə 1 nəfər ölüb, 69 nəfər yaralanıb - YENİLƏNİB-2
Bu gün Türkiyənin Malatya bölgəsindəki zəlzələ zamanı ilkin təxminlərə görə, 22 bina dağılıb.
APA xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer deyib.O, 5 nəfərin dağıntılar altından çıxarıldığını qeyd edib.
AFAD rəhbəri Yunus Sezer isə 1 nəfərin öldüyünü, 69 nəfərin yaralandığını vurğulayıb.
***14.02
Malatyanın Yeşilyurt ərazisində Türkiyə vaxtı ilə saat 12:04-də 5.6 bal gücündə baş verən zəlzələ zamanı dağıntılar baş verib.
BAKU.WS-in CNN Türk-ə istinadən verdiyi məlumata görə, zədələnmiş binalar dağılıb.
***13.32
Türkiyədə daha bir zəlzələ olub.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, zəlzələ Malatyanın Yeşilyurt ərazisində Türkiyə vaxtı ilə saat 12:04-də 5.6 bal gücündə baş verib.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı 20 min nəfəri ötüb - VİDEO - YENİLƏNİB
Türkiyədə zəlzələ nəticəsində 20 min 213 nəfər həlak olub, 80 min 052 nəfər yaralanıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb ***22:14 Türkiyədə dağıdıcı zəl...