Türkiyənin ilk milli müşahidə peykinin buraxılış tarixi açıqlandı - FOTO

Türkiyənin ilk milli müşahidə peykinin buraxılış tarixi açıqlandı - FOTO
Siyasət 99

Türkiyənin ilk milli müşahidə peyki "İMECE" aprelin 11-də kosmosda orbitə buraxılacaq.

BAKU.WS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterdə yazıb.

"Yerli və milli vasitələrlə istehsal edilən ilk yüksək ayırdetmə qabiliyyətinə malik müşahidə peykimiz olan “İMECE” aprelin 11-də orbitə buraxılacaq.

Təlim keçmiş insan resurslarımız, təqdim etdiyimiz imkanlar və inkişaf etdirdiyimiz texnologiyalar sayəsində biz qlobal kosmik yarışda mövcud olmağa davam edəcəyik", - deyə dövlət başçısı bəyan edib.

Son xəbərlər