Türkiyənin hakim partiyasının qərargahına hücum oldu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə prezident və parlament seçkiləri ərəfəsində hakim Ədalət və İnkişaf Partiyasının qərargahına hücum olub.
Hadisə partiyanın Ankara rayon şöbəsində yaşanıb.
Məlumata görə, 37 yaşlı Abdülkadir Yazıcı əlindəki daş və çubuqla qərargahın pəncərəsinə zərbə endirib.
Partiya binasını qoruyan polislər təxribatçı hücuma dərhal cavab veriblər. Yazıcı tutularaq nəzarətə götürülüb.Hadisədən sonra partiya binası qarşısında açıqlama verən partiyanın Ankara təşkilatının sədri İbrahim Güzelgöz bildirib ki, belə hücumlar yalnız demokratiyaya edilən hücumlardır.
Onun sözlərinə görə, insident zamanı qərargah əməkdaşlarından heç kim xəsarət almayıb.
Mənbə: Haber Global
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...