Türkiyənin ən yeni PUA-sı DELİ sınağı uğurla tamamladı - FOTO

Türkiyənin ən yeni PUA-sı DELİ sınağı uğurla tamamladı - FOTO
Siyasət 213

Türk müdafiə sənayesi çərçivəsində hazırlanan kamikadze pilotsuz uçuş aparatı (PUA) DELİ sınaqlardan uğurla keçib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən 1,5 il əvvəl “Titra Teknoloji” şirkətinin təşəbbüsü ilə həyata keçirilən "MAD Taktik Kamikaze Sistemi Layihəsi" son mərhələyə çatıb.

TÜBİTAK SAGE (Türkiyənin Müdafiə Sənayesinin Tədqiqat və İnkişaf İnstitutunun qısaldılmış adı), DELI Taktik Kamikaze Sistemi üçün yüksək zərbə radiusuna malik döyüş başlığı istehsal edib.

Avtonom və əl ilə işləmə qabiliyyətinə malik olan DELİ modul quruluşu ilə asanlıqla daşına bilir və 15 dəqiqədən az müddətdə istifadəyə hazır olur.

DELİ saatda 80 kilometr hərəkət edir, maksimum sürəti isə 180 kilometrə çata bilir. Deli maksimum 3500 metr, əməliyyat hündürlüyü isə 150-500 metr olan döyüş meydanına girməyə hazır olur.

Testlərdə ilk yüksəlişdə elan edilən 3,1 kiloqram əvəzinə 3,8 kiloqramlıq daha böyük döyüş başlığı istifadə edilib və hədəflər uğurla vurulub.

Son xəbərlər