Türkiyənin bu ərazisində evlər və əkin sahələri su altında qaldı - FOTO/VİDEO

Türkiyənin bu ərazisində evlər və əkin sahələri su altında qaldı - FOTO/VİDEO
Video
Siyasət 70

Türkiyənin Çorum bölgəsi sular altında qalıb.

BAKU.WS xəbər verir ki, Alaca bölgəsində yağan güclü yağışlar daşqına səbəb olub.

Dərələrdə çayların daşması nəticəsində ərazidəki evləri su basıb. Bəzi heyvanlar isə tələf olub.

Türkiyənin bu ərazisində evlər və əkin sahələri su altında qaldı - FOTO/VİDEO

Təbii fəlakətin ardından Alaca bələdiyyəsi əməkdaşları bölgədəki vəziyyətlə tanış olublar.

Bələdiyyə sədri Şerif Arslan gücl yağışların ərzidə həyatı iflic etdiyini və əlin bölgələrinn su altında qaldığını deyib:

"Kalecikkaya, Külah, Mehmetbeyli, Çelebibağ, Kıcılı, Eskiyapar kəndlərinin ərazilərindən gələn çayların daşması nəticəsində yaranan sel bölgəmizə qədər gəlib çatıb.

Türkiyənin bu ərazisində evlər və əkin sahələri su altında qaldı - FOTO/VİDEO

TOKİ mənzilləri və ətrafındakı 20-yə yaxın evə daşqın nəticəsində ziyan dəyib. Bölgədə əkinlə məşğul olan təsərrufatçıların məhsullarına daşqın nəticəsində ziyan dəyib.

Bələdiyyəmizin əməkdaşları dünən axşamdan başlayaraq daşqın olan ərazilərdə işlərini davam etdirirlər. Şükürlər olsun ki, heç bir insan itkisi olmayıb. Bəzi vətəndaşlarımızın heyvanları məhv olub.

Allah bizi bu cür fəlakətlərdən qorusun".

Türkiyənin bu ərazisində evlər və əkin sahələri su altında qaldı - FOTO/VİDEO

Son xəbərlər