Türkiyənin 5 əyalətində meşələr yanır - FOTO

Türkiyənin Antalya, Balıkesir, Uşak, Çanaqqala və Çorum şəhərlərində meşə sahələrində yanğın baş verib.
BAKU.WS TRT Haber-ə istinadən xəbər verir ki, yanğınsöndürənlər alovları söndürmək üçün havadan və qurudan müdaxilə edir.
Belə ki, yanğınlardan biri Antalyanın Akseki rayonunda meşəlik ərazidə baş verib.
Meşə yanğını Hocaköy Məhəlləsindəki meşə sahəsində naməlum səbəbdən başlayıb.
Balıkəsirdə Ayvalık rayonunda meşə yanğınının söndürülməsi üçün işlərə başlanılıb.
Rayonun Küçükköy məhəlləsindəki meşə sahəsində naməlum səbəbdən yanğın baş verdiyi deyilir.
Uşakda iki fərqli nöqtədə meşəlik ərazilərdə baş verən yanğınlara yanğınsönürənlər qurudan müdaxilə etməyə davam edir.
Uşak valisi Turan Ergün Banaz rayonunun Kızılcaören və Kuşdemirler kəndləri arasında baş verən meşə yanğınının baş verdiyi əraziyə baxış keçirib.
Çanaqqalanın Ayvacık rayonunda meşə sahəsində başlayan yanğın davam edir.
Yanğın Gemedere çayının yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən baş verib.
Çorumun Kargı rayonunda, Maqsutlu kəndi yaxınlığındakı İncirlikaya meşə massivində naməlum səbəbdən yanğın baş verib. Hazırda alovların ram edilməsi üçün işlər aparılır.
Qalereya
Oxşar xəbərlər
Çanaqqaladakı meşə yanğını məhdudlaşdırılıb - FOTO - YENİLƏNİB
Türkiyənin Çanaqqala vilayətində dünən axşamdan başlayan meşə yanğını məhdudlaşdırılıb. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçil...
