Türkiyənin 3 şəhərində antiterror əməliyyatı: 11 nəfər tutuldu
Türkyənin mərkəzi İstanbul olmaqla Bursa və İzmir şəhərlərində antiterror əməliyyatı həyata keçirilib.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, Terrorla Mübarizə Şöbəsi MLKP silahlı terror təşkilatının gənclər təşkilatı olan Sosialist Gənclik Dərnəkləri Federasiyasının (SGDF) fəaliyyətini müəyyən etmək üçün araşdırmalara başlayıb.
Təşkilat daxilində fəaliyyət göstərdiyi aşkar edilən 14 şübhəlinin şəxsiyyəti və ünvanı müəyyən edilib.
Araşdırmalar zamanı 14 nəfər haqqında həbs qərarı çıxarılıb.
Bursa və İzmirdə şübhəli şəxslərə aid bir çox ünvanda əməliyyat keçirilib.
Əməliyyat zamanı barələrində həbs qətimkan tədbiri seçilən 14 şübhəlidən 11-i saxlanılıb.
Digər 3 şübhəlinin tutulması istiqamətində işlərin davam etdiyi bildirilib.
Ünvanlarda aparılan axtarışlar zamanı çox sayda təşkilat sənədi və rəqəmsal materiallar ələ keçirilib.
Oxşar xəbərlər
Türkiyədə zəlzələdə uçan binalarla bağlı həbs olunanların sayı AÇIQLANDI
Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələlərdə dağılan və ya tikinti qaydalarına zidd dəyişikliklərin aşkarlandığı binalarla bağlı aparılan araşdırmalarda 99-u p...