Türkiyəli ekspert: “Ermənistan regionda “suları bulandırır”, ABŞ Rusiyanın yerini tutmağa çalışır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan regionda “suları bulandırır”, ABŞ Rusiyanın yerini tutmağa çalışır”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar “Habertürk”ə müsahibəsində deyib.
O bildirib ki, Ermənistan-Azərbaycan sərhədində və ümumilikdə, Cənubi Qafqazda davam edən gərginliyin əsas səbəbi rəsmi İrəvanın status-kvonu davam etdirmək niyyətidir:
“Laçın yolunun uzun müddət nəzarətsiz qalması ilə Ermənistan Qarabağa qanunsuz yüklər daşıyıb. Rəsmi Bakı bunun qarşısını almaq üçün yola nəzarəti təmin etdi. Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması ilə durum nəzarətə alındı. Beləliklə, Ermənistanın oyunlarının qarşısı alındı”.
Ekspert Ermənistanın son günlər davam edən hərbi təxribatlarına diqqət çəkib:“Bu yaxınlarda baş verən təxribat nəticəsində Azərbaycanın üç hərbçisi yaralandı. Azərbaycan Ordusu haqlı olaraq adekvat cavab tədbirləri gördü. Bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan yeni müharibə barədə danışdı və Azərbaycanı ittiham etdi. Halbuki, səbəb Ermənistanın “suları bulandırmaq” cəhdidir”.
Analitik Rusiyanın proseslərə münasibəti barədə də danışıb:
“ABŞ regionda Rusiyanın yerini tutmağa çalışır. Rəsmi Vaşinqtonun əsas hədəfi budur. ABŞ ilə Ermənistan arasında birgə hərbi təlimlər barədə məlumatlar Rusiyanı narahat edir. Rəsmi Moskva artıq bu barədə mövqeyini bildirib”.
Qeyd edək ki, son vaxtlar Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını intensivləşdirib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...