Türkiyəli aktyor 82 yaşında vəfat etdi - FOTO
Aktyor Şener Kökkaya 82 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə aktyorun həmkarı Zafer Algöz məlumat yayıb.
"Sevimli aktyor dostumuz Şener Kökkaya da vid etdik. Allah rəhmət eləsin, başımız sağ olsun" - deyə, o, qeyd edib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sosial şəbəkə hesabında bu barədə paylaşım edilib və aktyorun yaxınlarına başsağlığı verilib:
"Adana Dövlət Teatrının əməkdar artistlərindən Şener Kökkayanın vəfatını dərin kədərlə öyrəndik. Allah mərhumun ailəsinə və yaxınlarına səbr versin. Başsağlığı diləyirik".
Şener Kökkaya bu gün Ankara Karşıyaka məzarlığında torpağa tapşırılıb.
Xatırladaq ki, aktyorluq fəaliyyətinə 1957-ci ildə Eskişehirdə həvəskar teatrla başlayan Şener Kökkaya, Eskişehir Oda Teatrı və Eskişehir Bələdiyyə Şəhər Teatrında bir çox tamaşalarda rol alıb.
Ankara İncəsənət Teatrında 1982-ci ilə qədər aktyorluq və səhnə rəhbərliyi vəzifələrində çalışıb. 1970-ci illərdə TRT-də xəbər saatından əvvəl yayımlanan və Savaş Yurttaş ilə birlikdə təqdim etdiyi "5 dəqiqə" proqramı ilə daha da məşhurlaşıb.
Aktyor “Organize İşler”, “Vizontele” və “Vizontele Tuuba” kimi filmlərdə də rol alıb.
Qalereya
Oxşar xəbərlər
Tanınmış aktrisa 84 yaşında vəfat etdi - FOTO
Türkiyəli kino və teatr aktrisası Ayten Gökçer 84 yaşında vəfat edib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi sabah günorta İstanbuldakı Zincir...