Türkiyədən minik avtomobillərinin ixracı ilin əvvəlindən 2,6 milyard dolları ötüb
Türkiyədən minik avtomobillərinin ixrac həcmi birinci rübdə qiymət baxımından 2 milyard 625 milyon 510 min dollar olub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Avtomobil Sənayesi İxracatçıları Birliyinin (OİB) məlumatlarına istinadən məlumat yayıb.
2022-ci ilin yanvar-mart aylarında Türkiyədən minik avtomobillərinin ixracı 2 milyard 149 milyon 246 min dollar olub. Belə ki, minik avtomobillərinin ixracında illik artım 22,16 faiz təşkil edib.
Hesabat dövründə Türkiyə istehsalı olan avtomobillər 86 ölkəyə tədarük edilib.
Fransa ötən il Türkiyədən minik avtomobillərinin aparıcı idxalçısı olub. Ondan sonra İngiltərə və İspaniya gəlir.
Qazaxıstana avtomobil ixracı əhəmiyyətli dərəcədə - 2022-ci ilin birinci rübü ilə müqayisədə 1 660 faiz artaraq 36 milyon 307 min dollara çatıb.
Yanvar-mart aylarında Gürcüstana tədarüklər 423 faiz artaraq 10 milyon 912 min dollara çatıb.
Oxşar xəbərlər
Milyarder sayına görə dünyanın ən varlı şəhərləri - Forbes açıqladı
Forbes jurnalı milyarderlərin sayını nəzərə alaraq dünyanın ən zəngin şəhərlərini sıralayıb. 2021-ci ildə dünyanın ən zəngin şəhəri olan Nyu-York bu il də biri...