Türkiyədən gələn yük maşınlarından rüsum alınır? - VİDEO

Türkiyədən gələn yük maşınlarından rüsum alınır? - VİDEO
Video
Siyasət 61

Türkiyədəki seçkilərin nəticəsindən asılı olmayaraq Türkiyə və Azərbaycan strateji tərəfdaş, qardaş, bir millət, iki dövlətdir".

BAKU.WS BAKU TV-yə istinadən xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı deputat Elnur Allahverdiyev bildirib.

O, əlavə edib ki, Türkiyədə müxalifət liderlərindən birinin Azərbaycanla bağlı açıqlaması təəssüf doğurur: "Türkiyədə müxalifətin namizədi bəyan edib ki, Azərbaycanda Türkiyədən gələn yük maşınlarından yüksək rüsum alınır. Eyni zamanda bu rüsum digər heç bir dövlətin maşınlarından tələb olunmur. Təbii ki, bu yanlış fikirdir və müxalifət lideri məsələ barədə yetərincə məlumatlı deyil".

Son xəbərlər