Türkiyədən böyük antiterror əməliyyatları - xüsusi təyinatlılar bölgədə - VİDEO

Türkiyədən böyük antiterror əməliyyatları - xüsusi təyinatlılar bölgədə - VİDEO
Video
Siyasət 288

Türkiyə böyük antiterror əməliyyatlarına başlayıb.

BAKU.WS Türkiyə KİV-inə istinadla xəbər verir ki, Türkiyə DİN-i "Kapan-6 Zori" adlı əməliyyata start verib.

Diyarbakır-Batman vilayətlərində başlayan əməliyyatlara jandarma komandoları, polis xüsusi təyinatlılarından ibarət 1440 nəfər şəxsi heyət cəlb olunub.

Türkiyə DİN tərəfindən əməliyyatla bağlı açıqlama yayılıb. Açıqlamada deyilir:

"Terrorun ölkə daxilində tamamilə aradan qaldırılması üçün həyata keçirilən əməliyyatlar vətəndaşların da dəstəyi ilə uğurla davam etdirilir".

Son xəbərlər