Türkiyədə zəlzələdə neçə xarici ölkə vətəndaşı həlak olub?

Türkiyədə zəlzələdə neçə xarici ölkə vətəndaşı həlak olub?
Siyasət 111

Türkiyədə zəlzələlərdə ölənlərdən 6 660 nəfəri xarici ölkə vətəndaşıdır.

BAKU.WS "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Nazir bildirib ki, onların əksəriyyəti suriyalıdır.

Soylunun sözlərinə görə, zəlzələlərdə həlak olmuş 1 615 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi davam edir.

Onlardan da bəziləri xarici ölkə vətəndaşları, bəziləri isə Türkiyə vətəndaşlarıdır.

Son xəbərlər