Türkiyədə zəlzələ bölgəsindən tapılan qızıl və pulların aqibəti necə olacaq? - FOTO/VİDEO

Türkiyədə zəlzələ bölgəsindən tapılan qızıl və pulların aqibəti necə olacaq? - FOTO/VİDEO
Video
Siyasət 381

Türkiyədə təbii fəlakət bölgəsindən tapılan külli miqdarda pul və dəyərli əşyaların hamısı həmin bölgə üzrə polis bölməsinə təhvil verilir.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, zəlzələ baş verən andan bu günə qədər "12 fevral" polis şöbəsində 250-ə yaxın müxtəlif pul və zinət əşyaları qorunur.

Onlar arasında qadın və kişi zinət əşyaları, külçə qızıllar və pullar var. Bir-bir qeydə alınan əşyalar polis tərəfindən sahiblərinə və ya varislərinə təhvil veriləcək.

Sahibi tapılmayan qiymətli əşyalar isə Türkiyə Milli Əmlak Ümumi Müdirliyinə təqdim olunacaq.

BAKU.WS həmin görüntüləri təqdim edir:

Türkiyədə zəlzələ bölgəsindən tapılan qızıl və pulların aqibəti necə olacaq? - FOTO/VİDEO

Son xəbərlər