Türkiyədə zəlzələ bölgəsi sakinlərinə XƏBƏRDARLIQ - Tozlu hava bu xəstəliklərə səbəb ola bilər

Türkiyədə zəlzələ bölgəsi sakinlərinə XƏBƏRDARLIQ - Tozlu hava bu xəstəliklərə səbəb ola bilər
Siyasət 89

Türkiyədəki zəlzələ bölgəsində ağciyər xəstəlikləri yayıla bilər.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ağciyər xəstəlikləri mütəxəssisi həkim-infeksionist Tevfik Özlü zəlzələdə dağıntılara məruz qalan binaların atmosfer qatına külli miqdarda toz yaydığını, nəticədə tozun tənəffüs sisteminə daxil olaraq ağciyərlərdə göbələk infeksiyalarına səbəb olduğunu bildirib.

O, xroniki bronxit və astma xəstələrini tozlu mühitdən mümkün qədər uzaq qalmaları barədə onlara xəbərdarlıq edib:

“Bunun qarşısını almaq üçün ilk növbədə dağıntılarda iştirak edən əməkdaşlara tozdan qoruyucu maskalar verilməlidir. Maska onları qoruyur. Bu maskalar imkan daxilində insanlara da paylanmalıdır. Bölgədəki su şəbəkələri sıradan çıxıb. Su problemi var. Bununla birlikdə, zəlzələ böləsi dağıntılar təmizləndikdən sonra mümkün qədər suvarılma aparılmalıdır”.

Xatırladaq ki, Türkiyədəki təbii fəlakət nəticəsində 35 mindən çox adam ölüb, 105 505 sakin isə yaralanıb.

Son xəbərlər