Türkiyədə zavodda başlayan yanğın söndürülüb - FOTO/VİDEO - YENİLƏNİB

Türkiyədə Dəri Sənaye Bölgəsində yerləşən zavodda dəhşətli yanğın söndürülüb.
BAKU.WS bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumatlara görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Yanğının səbəbi hələ ki məlum deyil.
***16:19
Türkiyədə Dəri Sənaye Bölgəsində yerləşən zavodda dəhşətli yanğın başlayıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə İstanbulda (Türkiyə) Tuzla rayonunda qeydə alınıb.
Alov qısa müddətdə fabriki bürüyüb. Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Hadisə 56 nəqliyyat vasitəsi və 167 nəfərlik şəxsi heyət cəlb olunub.
Yanğın zamanı fabrikdə mütəmadi olaraq partlayış səsləri eşidilib. Hadisənin başvermə səbəbləri araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
