Türkiyədə xanım vəkilin prokurorun otağından qalmaqallı görüntüləri yayıldı - FOTO/VİDEO

Türkiyədə xanım vəkilin prokurorun otağından qalmaqallı görüntüləri yayıldı - FOTO/VİDEO
Foto Video
Siyasət 3

Türkiyədə bir xanım vəkilin prokuror otağında çəkdirdiyi foto böyük səs-küyə səbəb olub.

BAKU.WS xəbər verir ki, vəkil Buket Nurşah Tekışığın İstanbul Məhkəmə binasında prokuror otağında çəkdirdiyi foto ilə Türkiyədə aləm bir-birinə dəyib.

Qadın vəkil prokurorun otağında maraqlı pozlar verib və çəkilən fotoları sosial hesabında paylaşıb.

“Məh heç vaxt məhkəməni uduzmuram, ya qalib ayrılıram, yaxud öyrənirəm”, - deyə xanım vəkil fotolara belə şərh verib.

Onun paylaşdığı bu fotolardan sonra həmin prokuror işdən azad edilib. Xanım vəkil haqqında isə araşdırmalara başlanılıb.

Səs-küyə səbəb olan məsələyə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç da münasibət bildirib. O, deyib ki, lazımı araşdırmalara başlanılıb.

“Tövsiyyə etmədiyimiz görüntülər paylaşılıb. Həm prokuror haqqında araşdırmalara başlanılıb, həm də xanım vəkilin fəaliyyəti yoxlanılır. Belə görüntülər ədliyyə orqanlarında bəyinilmir”, - deyə nazir bildirib.

Son xəbərlər