Türkiyədə İsrail kəşfiyyatına qarşı əməliyyat: 8 nəfər saxlanıldı - VİDEO

Türkiyədə İsrail kəşfiyyatına qarşı əməliyyat: 8 nəfər saxlanıldı - VİDEO
Video
Siyasət 58

Türkiyədə insanlar və şirkətlər haqqında topladıqları məlumat və sənədləri İsrail kəşfiyyatı ilə paylaşanlara qarşı "Köstebek-3" əməliyyatı keçirilib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan 8 şübhəli və əməliyyatla bağlı açıqlama verən daxili işlər naziri Əli Yerlikaya bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyi tərəfindən aparılan işlər nəticəsində şübhəlilərin İsrail kəşfiyyat ünsürləri ilə görüşlər keçirdikləri, İsrail Kəşfiyyat Xidmətinin hədəfi olan Türkiyədəki şəxslər və şirkətlər haqqında məlumat topladığı, topladıqları məlumat və sənədləri İsrail Kəşfiyyat ünsürlərinə ötürdükləri müəyyən edilib. Ölkəmizin sərhədləri daxilində milli birliyimizə və həmrəyliyimizə qarşı həyata keçirilməsi nəzərdə tutulan casusluq fəaliyyətinə heç vaxt icazə verməyəcəyik. Təqibdəyik!", - o, qeyd edib.

Son xəbərlər