Türkiyədə son sutkada 21 nəfər koronavirusdan ölüb

04
iyn
2020
22:49
Türkiyədə son 24 saat ərzində daha 21 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 630 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 988 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 167 410 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 926 nəfər olmaqla 131 778 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 54 234 test aparılıb.
Oxşar xəbərlər
Türkiyədə daha 24 nəfər koronavirusdan ölüb
Türkiyədə son 24 saat ərzində daha 24 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə nazir...