Türkiyədə təhlükəli vəziyyət - Yanacaqdoldurma məntəqəsi yaxınlığında fabrik yanır - VİDEO

Türkiyədə təhlükəli vəziyyət -  Yanacaqdoldurma məntəqəsi yaxınlığında fabrik yanır - VİDEO
Foto Video
Siyasət 45

Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda yanacaqdoldurma məntəqəsinin yanında yerləşən palet fabrikində yanğın baş verib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın səbəbindən yaranan tüstü ətrafı bürüyüb.

Vətəndaşlar öz imkanları ilə alovla mübarizə aparmağa çalışsalar da, buna nail ola bilməyiblər. Yanğın qısa müddətdə təsirini artırıb.

Hadisə yerinə Kocaeli və İstanbuldan yanğınsöndürmə briqadaları cəlb edilib.

Yanğınsöndürənlərin alovla mübarizəsi davam edir.

Görüntüləri təqdim edirik:

Son xəbərlər