Türkiyədə meşə yanğınları 3 bölgəyə yayıldı - Sakinlər təxliyə edildi - VİDEO

Türkiyənin İzmir şəhərində meşə yanğınları başlayıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 3 ərazini əhatə edən alov nəticəsində bir məhəllə sakinləri ərazidən təxliyyə edilib.
Yanğının hansı səbəbdən başladığı hələ ki məlum deyil. Alovu ram etmək üçün havadan və qurudan yanğına müdaxilə edilib.
Alova qərqa olan 3 bölgəyə yaxın Çamönü məhəllə sakinləri oradan təxliyyə edilib. Bəzi sakinlər isə yanğın evlərinə çatmasın deyə yanğınsöndürənlərə kömək etməyə çalışırlar.
Yanğına görə Çeşme-İzmir avtomobil yolu 20 dəqiqə bağalnıb.
Digər tərəfdən Selçukdan yanğın xəbəri gəldi. Yanğın səbəbindən Selçuk-Kuşadası quru yolu nəqliyyat üçün bağlandı.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
