Türkiyədə mədəndə uçqun: Ölən və yaralananlar var - FOTO/VİDEO

Türkiyədə mədəndə uçqun: Ölən və yaralananlar var - FOTO/VİDEO
Foto Video
Siyasət 3

Türkiyənin Dənizli vilayətinin Acıpayam rayonunda fəaliyyət göstərən xrom mədənində naməlum səbəbdən çökmə baş verib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə jandarma, tibb, xilasetmə və AFAD qrupları cəlb edilib.

Axtarış-xilasetmə əməliyyatı zamanı mədən mühəndisi Kadir Özer və mədən işçisi Mustafa Karahanın cəsədləri tapılıb.

İşçilərdən Rıfat Salman xilas edilərək Pamukkale Universitet Xəstəxanasına çatdırılıb.

Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç bildirib ki, hadisə ilə bağlı istintaq başladılıb.

Görüntüləri təqdim edirik:

Son xəbərlər