Türkiyədə kilsəyə silahlı hücumla bağlı həbslərin sayı 51-ə yüksəldi - FOTO

29
yan
2024
15:23
İstanbulun Sarıyer bölgəsində Santa Maria kilsəsinə edilən silahlı hücumla bağlı saxlanılanların sayı 51-ə yüksəlib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda 57 şübhəlinin arxasındakı əlaqələr araşdırılır.
Məlum olub ki, hücumdan əvvəl görülən iki şəxs bir ildir nəqliyyata çıxmayan Polşa nömrəli avtomobil idarə edirmiş.
Xatırladaq ki, İstanbulun Sarıyer bölgəsində yerləşən İtalyan kilsəsində 1 nəfərin öldüyü silahlı hücumu həyata keçirən rus və tacik əsilli 2 şəxs saxlanılıb.
Hücumdan dərhal sonra 30 ünvana edilən basqınlarda 47 nəfərin nəzarətə alınıb.
Qalereya
Oxşar xəbərlər
Kilsəyə hücum edən İŞİD-çilər əqli qüsurlu şəxsi öldürüblər - VİDEO
İstanbulun Sarıyer Büyükdere səmtində yerləşən Santa Mariya kilsəsinə bazar günü ayini zamanı silahlı basqın edən tacik və rus əsilli iki şəxs yaxalanıb. Bunu i...