Türkiyədə Azərbaycan hərbçilərinin qarşılanma mərasimi keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Qars şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində iştirak üçün bu ölkəyə səfər etmiş bir qrup hərbi qulluqçumuzun qarşılanma mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Qardaşlarımız gəlib, xoş gəlib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev-2023" birgə döyüş atışlı taktiki təlimində iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin 14-cü Mexanikləşdirilmiş Atıcı Briqadanın komandanlığımız tərəfindən qarşılanma mərasimi keçirilib. Mərasimdə bayrağın təhvil-təslim mərasimi də keçirilib", - nazirliyin məlumatında bildirilir.
📍Kars
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) April 30, 2023
Kardeşlerimiz gelmiş, hoş gelmiş. 🇹🇷🇦🇿
Haydar Aliyev Tatbikatı’na katılacak Azerbaycan Silahlı Kuvvetleri personeli için 14’üncü Mekanize Piyade Tugay Komutanlığımız tarafından karşılama töreni yapıldı. Törende bayrak devir-teslimi de gerçekleştirildi.… pic.twitter.com/da89ODakaF
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...