Türkiyədə ağır yol qəzası: Ölən və yaralananlar var
13
sen
2023
09:31
Türkiyədə ağır yol qəzası olub.
Bu barədə BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir.
Məlumata görə, Van-Hakkari yolunun 90-cı kilometrliyində karqo şirkətinə məxsus yük maşını qarşıdan gələn sərnişin mikroavtobusu ilə toqquşub.
Hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Əraziyə xilasetmə, təcili tibbi yardım və jandarm qrupları cəlb edilib.
Yaralılar ilkin tibbi yardımdan sonra Van Regional Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Qəza ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bu şəhərlə bağlı 7 baldan yuxarı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Onu digər bölgələrə 40 illik körpü bağlayır
Türkiyənin Hakkari bölgəsi üçün mütəxəssislər 7 baldan yuxarı zəlzələlərin ola biləcəyini, bögənin isə buna qəti hazır olmadığını irəli sürüblər. BAKU.WS Türki...