Türkiyədə 40 mülki şəxsi qətlə yetirən terrorçu məhv edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Milli Kəşfiyyat Təşkilatı 40 mülki insanı ödürən terrorçunu məhv edib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, PKK-PYD/YPG Münbiç kəşfiyyat strukturunda sözdə məsul səviyyədə fəaliyyət göstərən və əməliyyat bölgələrinə, xüsusilə Fərat Qalxanı əməliyyat bölgəsinə materialların ötürülməsindən məsul olan Heysem Cümə Heysem kod adlı Əbu Dahham barədə bir müddət əvvəl kəşfiyyat məlumatı daxil olub.
2020-ci ildə Afrin şəhərində bomba yüklü tankerlə 40 mülki vətəndaşın həyatını itirdiyi hücuma görə məsuliyyət daşıyan Heysem Cuma zərərsizləşdirilib. O, iyulun 9-da Münbiç şəhər mərkəzində aparılan əməliyyat zamanı ələ keçirilib.
Heysem Cumanın Afrində şəhər mərkəzindəki bazar yerində bomba yüklü yanacaq tankeri ilə həyata keçirdiyi hücumda 40 mülki insanın öldüyü, 47-sinin isə yaralandığı bildirilib.
Oxşar xəbərlər
Türkiyə ordusu Suriyada daha 5 terrorçunu zərərsizləşdirib - FOTO
Türkiyə ordusu Suriyanın şimalında daha 5 PKK/YPG terrorçusunu zərərsizləşdirilib. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. "...